Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ulduz futbolçu dəhşətli qəzaya DÜŞDÜ: Qardaşı vəfat etdi - FOTO

Ulduz futbolçu dəhşətli qəzaya DÜŞDÜ: Qardaşı vəfat etdi - FOTO

Tarix: 11 May 2024 10:58

Nigeriya millisinin və Amsterdamın "Ayaks" klubunun sabiq futbolçusu Ticani Babanqida ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə uğrayıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə Nigeriyada baş verib. Qəza nəticəsində Ticani Babanqidanın qardaşı, həm də keçmiş futbolçu olan İbrahim Babanqida vəfat edib. Hollandiyanın "Volendam" klubu mərhumun ailəsinə başsağlığı verib.

Qeyd olunub ki, Ticani Babanqidanın vəziyyəti ağırdır. Qəza nəticəsində onun həyat yoldaşı və qulluqçusu da ağır yaralanıblar.

Xatırladaq ki, Ticani Babanqidanın 50 yaşı var. O,  1996-cı ilin Olimpiya çempionudur. T.Babanqida "Ayaks"ın tərkibində Niderland çempionu və iki dəfə ölkə kubokunun qalibi, "Gençlerbirliği" ilə Türkiyə kubokunun qalibi olub.


Etiketlər:  Ulduz futbolçu dəhşətli qəzaya DÜŞDÜ Qardaşı vəfat etdi FOTO


RƏYLƏR