Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ambulansda oksigen balonu partladı, həkimlər yaralandı

Ambulansda oksigen balonu partladı, həkimlər yaralandı

Tarix: 11 May 2024 12:12

Türkiyədə təcili tibbi yardım avtomobilində olan oksigen balonu partlayıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Denizli şəhərinin Merkezefendi qəsəbəsində baş verib. Məlumata görə, təcili tibbi yardım stansiyasında oksigen balonunun dəyişdirilməsi zamanı partlayış olub.

Nəticədə 2 tibb işçisi yaralanıb. Hadisə yerinə yanğınsöndürənlər, həkimlər və polislər cəlb olunub.

Yaralılar xəstəxanaya yerləşdirilib, yanğınsöndürənlər ambulansda olan kiçik yanğını söndürüblər.


Etiketlər:  Ambulansda oksigen balonu partladı həkimlər yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ