Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Balotelli məşqdən qovuldu

Balotelli məşqdən qovuldu

Tarix: 22 Noyabr 2019 00:44

"Breşiya"nın futbolçusu Mario Balotelli komandasının son məşqindən qovulub.

Qol.az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, italiyalı hücumçu məşq zamanı baş məşqçi Fabio Qrosso və komanda yoldaşları ilə mübahisə edib. Bundan sonra çalışdırıcı hazırlığın bitməyinə yarım saat qalmış ona "Mario, çıx get" deyərək qışqırıb.

Məşqdən kənarlaşdırılan Balotellinin İtaliya A seriyasının 13-cü turunda "Roma" ilə matçın heyətində olub-olmayacağı məlum deyil.

 


Etiketlər:  Balotelli məşqdən qovuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ