Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2024 04:04
"OpenAI" şirkəti tərəfindən hazırlanmış "ChatGPT" çat-botu yeni "GPT-4o" modelini təqdim edib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, təqdim olunan bu modelin yeni özəlliyi görüntü və səsləri anlamasıdır.
Belə ki, "ChatGPT" kamera vasitəsilə insanın necə göründüyünü başa düşə və xarici görünüşü ilə bağlı şərhlər verə bilir. Hətta həmin adamın harada olduğunu da deyə bilir.
Şirkət əvvəlki modellərə nisbətən bunun daha sərfəli olduğu üçün pulsuz təqdim ediləcəyini vurğulayıb.
Qeyd edək ki, "ChatGPT" çat-botu 2022-ci ilin noyabrında istifadəyə verilib. Bot bundan öncə yalnız mətnlər yazıb, onları tərcümə edə və istifadəçilərin suallarını cavablandıra bilirdi.