Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - YENİLƏNİB - FOTO

22 yaşlı Könülü boğazında naqillə basdırıblar... - YENİLƏNİB - FOTO

Tarix: 15 May 2024 12:54

Təxminən 70 gün əvvəl itkin düşmüş və dünən Lənkəranda meyiti tapılan 22 yaşlı Könül Ağayeva tələbə imiş.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, nəşi Lənkəranda yaşayış olmayan evin zirzəmisində tapılan K.Ağayeva Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi olub.

O da məlum olub ki, Cəlilabad rayon Muğan kənd sakini olan K.Ağayeva boğularaq qətlə yetirilib. Onun meyiti Lənkəran şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində evin zirzəmisində basdırıldığı yerdən çıxarılarkən boğaz nahiyəsində naqil olub.

Hadisənin kim tərəfindən, hansı zəmində törədilməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ilkin məlumatlarda 22 yaşlı qızın işləmək məqsədilə Lənkərana gəldiyi, bu ilin martın 2-dən isə itkin düşdüyü bildirilib.

-------

12:15

Ötən gün Lənkəranda meyiti tapılan 2002-ci il təvəllüdlü Ağayeva Könül Ramin qızı Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Cəlilabad filialının tələbəsi olub.

Sonxeber.net bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, ali təhsil müəssisəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 4-cü kursda oxuyurmuş.

K.Ağayeva əvvəllər Lənkəran Dövlət Universitetində (LDU) təhsil alıb. Cəlilabad rayon Muğan kənd sakini olan qadın daha sonra ADPU-nun bu rayonda yerləşən filialına transfer olunub və təhsilini burada davam etdirməyə başlayıb.

Qeyd edək ki, K.Ağayeva bu ilin martın 2-də itkin düşüb. Onun itkin düşməsi ilə bağlı polisə məlumat verilib. İki aydan çoxdur itkin düşən qadının meyiti ötən gün Lənkəran rayonu, Hacı Zeynalabdin Tağiyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində tapılıb. 

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

--------

11:06

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının tələbəsi Könül Ramin qızı Ağayeva vəfat edib.

Sonxeber.net xəbər verir ki, bu barədə ADPU məlumat yayıb.

Bildirilib ki, o, universitetin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası"nın 4-cü tədris ilinin tələbəsi olub.


Etiketlər:  yaşlı Könülü boğazında naqillə basdırıblar YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ