Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2024 15:36
Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Tavuş vilayətinin Kirants kəndi ərazisində Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsini öz üzərinə götürmək üçün hazırlıq işləri aparır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Təhlükəsizliyin və operativliyin təmin edilməsi zərurəti ilə əlaqədar olaraq Kırants kəndində qeydiyyatda olmayan vətəndaşların kəndə girişi müvəqqəti məhdudlaşdırılıb.