Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan kimi zəif rəqib görməmişdim''

''Azərbaycan kimi zəif rəqib görməmişdim''

Tarix: 22 Noyabr 2019 13:36

“Uzun illərdir ki, Azərbaycan kimi zəif rəqib görməmişdim. İlk yarıda onları müdafiəyə sıxmışdıq".

Qol.az xəbər verir ki, bu sözləri slovakiyalı veteran futbolçu Ladislav Yurkemik ölkəsinin mətbuatına açıqlamasında deyib.

1976-cı ildə Çexoslovakiya milli komandasının heyətində Avropa çempionu olmuş 66 yaşlı keçmiş müdafiəçi Avro-2020-nin seçmə mərhələsinin son turunda yığmamızın Slovakiyaya uduzduğu (0:2) görüş haqda danışıb. O, millimizin bərbad oynadığını bildirib: "Azərbaycan millisinin çıxışı sadəcə dəhşət idi. Onlar fasiləyə qədər meydanın mərkəzini keçə bilmədilər. Bu çox pis idi. Digər tərəfdən millimiz Uelsin Macarıstana qalib gəldiyini bildikdən sonra tempdən düşdü. Bundan sonra tribunada bəzi azarkeşlər komandanı fitə basmağa başladılar”.

 


Etiketlər:  Azərbaycan kimi zəif rəqib görməmişdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ