Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Taxt Oyunları”nın ulduzu boşanıb, onunla sevgili oldu - FOTO

“Taxt Oyunları”nın ulduzu boşanıb, onunla sevgili oldu - FOTO

Tarix: 21 May 2024 19:10

Bu ilin yanvarında Ceyson Momoa və Liza Bonet nəhayət rəsmi olaraq boşanma ərizəsi verərək münasibətlərinə son qoydular. 

Milli.Az olay-a istinadən bildirir ki, keçmiş həyat yoldaşları üç il əvvəl ayrılsalar da, bir müddət münasibətləri xilas etməyə çalışdılar, ancaq onların bu cəhdləri uğursuzluqla nəticələndi. 

Kədərlənən "Taxt Oyunları"nın ulduzu beş ay sonra 32 yaşlı aktrisa Adria Arconanın qucağında təsəlli tapıb. Və bir gün əvvəl o, şəxsi bloqunda bir neçə birgə foto ilə eşq yaşadıqlarını təsdiqləyib. Fotolar Momoanın Yaponiyaya son səfəri zamanı çəkilib. Səyahət paylaşımına isə sənətçi "mi amor" şərhini yazıb. 

Adria Arcona "Narkos", "True Detective" və "Good Omens" kimi məşhur seriallarda rol alıb. Yeri gəlmişkən, o, Aquaman-ın əvvəlki sevgilisindən (Liza Bonet - 56 yaşında) kiçik olsa da, ona bir az bənzəyir. Ya Momoa hələ də keçmiş sevgilisini buraxmaq istəmir, ya da sevgili seçərkən sadəcə bir tipə üstünlük verir.

"Bu, Momoanın Bonetdən ayrıldıqdan sonra ilk münasibətidir - ən azı açıq şəkildə danışdığı bir münasibətdir", - deyə, Super.ru yazıb.

Milli.Az


Etiketlər:  Taxt Oyunlarının ulduzu boşanıb onunla sevgili oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ