Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

5 nazirlik ''Mavi balina'' oyununa qarşı birləşdi

5 nazirlik ''Mavi balina'' oyununa qarşı birləşdi

Tarix: 7 May 2019 12:56

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə beş nazirlik zərərli onlayn oyunlara qarşı birləşir.

Trend-in məlumatına görə, ölkənin Daxili İşlər, Nəqliyyat və İnfrastruktur, Əmək, Sosial Xidmətlər və Ailə, Gənclər və İdman, eləcə də Milli Təhsil Nazirlikləri “Təhlükəsiz internet, təhlükəsiz gələcək” adlı protokol imzalayıb.

Bu əməkdaşlıq “Momo”, “Mavi balina” və digər zərərli onlayn oyunlarla mübarizəni nəzərdə tutur.

Qeyd edək ki, Rusiyada yaranmış “Mavi balina” oyunu bütün dünyada 100-dən çox yeniyetmənin intihar etməsinə səbəb olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  nazirlik Mavi balina oyununa qarşı birləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ