Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir cüdoçumuz dünya çempionu oldu - FOTO

Daha bir cüdoçumuz dünya çempionu oldu - FOTO

Tarix: 23 May 2024 19:08

Azərbaycan yığmasının cüdoçusu Zelim Kotsoyev tarixi uğura imza atıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, o, 3-cü dünya çempionatında medal qazanıb.

Zelim Abu-Dabidə keçirilən mundialda fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bundan əvvəl Kotsoyev 2021-ci ildə Daşkənd, 2023-cü ildə isə Dohada keçirilən mundiallarda medal qazanıb. Onun qazandığı medalların əyarı bürünc olmuşdu.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 2-ci qızılını qazanıb. BƏƏ-də ilk uğura Hidayət Heydərov (73 kq) imza atıb.

Milli.Az


Etiketlər:  Daha cüdoçumuz dünya çempionu oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ