Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baqrat təxribatçıdır, Paşinyan orada deyil - Çaxoyan

Baqrat təxribatçıdır, Paşinyan orada deyil - Çaxoyan

Tarix: 26 May 2024 23:16

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin yürüşə yollandığı hökumət iqamətgahında deyil, ölkənin şimalında daşqın zonasındadır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın hökumət administrasiyası rəhbərinin müavini Taron Çaxoyan Feysbuk səhifəsində yazıb.

"Baqrat Qalstanyan bilir ki, baş nazir səhər tezdən fəlakət zonasındadır. Belə olan halda onun hərəkətləri təxribat xarakterlidir", - deyə Çaxoyan bildirib.

Qeyd edək ki, revanşist keşiş Qalstanyan bundan öncə Paşinyanla görüşəcəyini bildirmişdi.

Milli.Az


Etiketlər:  Baqrat təxribatçıdır Paşinyan orada deyil Çaxoyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ