Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2019 01:44
Almaniya Bundesliqasında 12-ci tura start verilib.
Qol.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Dortmund “Borussiya”sı autsayder “Paderborn” qəbul edib. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
"Borussiya" - "Paderborn" - 3:3
Qollar: Mamba, 5 (0:1), 37 (0:2), Holtmann, 43 (0:3), Sanço, 47 (1:3), Vitsel, 84 (2:3), Roys, 90+2 (3:3)
Bu nəticədən sonra Dortmund klubu 20 xalla 5-ci, "Paderborn" 5 xalla sonuncu-18-ci pillədə qərarlaşıb.
Turnir cədvəlinə 25 xalla Münhenqladbax "Borussiya"sı başçılıq edir. "Leyptsiq" 21 xalla 2-ci, "Bavariya" eyni xalla 3-cüdür.