Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2024 14:20
"Mövsümdə çıxışımız çox əla alındı".
Sonxeber.net xəbər verir ki, bunu İdman.Biz-ə "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.
O, Azərbaycan Premyer Liqasında qızıl medal qazandıqları 2023/2024 mövsümünü dəyərləndirib. Cəfərquliyevin sözlərinə görə, ili möhtəşəm keçiriblər: "Qarşıda bizi Azərbaycan kubokunun finalı gözləyir. Bütün diqqətimizi buna yönəltmişik. Hələ heç nə bitməyib. "Zirə" yetərincə təcrübəli komandadır. Bu qarşılaşmada da qələbə qazanmaq üçün var gücümlə çalışıb kuboku əldə etmək istəyirik. Ölkə çempionu olduğumuz üçün bütün azarkeşlərimizi, məşqçilər korpusunu və rəhbərliyi təbrik edirəm. Düşünürəm ki, bu bizim haqqımız idi və sonda da qismət oldu".
Cəfərquliyev Çempionlar Liqası barədə danışmağın hələ tez olduğunu deyib: "Təbii ki, bu matçlarda da yaxşı nəticə üçün çalışacağıq. Hər bir oyuna daha məsuliyyətli və prinsipial yanaşacağıq. İnanırıq ki, qələbələr əldə edərək növbəti mövsümdə də yeni tarixlərə imza atacağıq".
O, mövsüm ərzində aqressiv davranışına da münasibət bildirib: "Bununla bağlı üzərimdə işləyirəm. Çalışıram ki, belə hallar bir də olmasın".
Qeyd edək ki, "Qarabağ" Azərbaycan kubokunun finalında "Zirə" ilə iyunun 2-də üz-üzə gələcək.