Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın bu ərazilərində QAR yağıb

Azərbaycanın bu ərazilərində QAR yağıb

Tarix: 23 Noyabr 2019 12:32

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Bakıda havanın temperaturu iqlim normasından 4 dərəcə aşağıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildirilib ki, noyabrın 23-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensivləşib.

Düşən yağıntının miqdarı Lənkəranda 55 (aylıq normanın 32%-i), Astarada 31, Neftçalada 19 (aylıq normanın 42%-i), Nabranda 18, Lerikdə 15, Qusar, Beyləqanda 13, Oğuzda 12, Şabran, Göyçayda 11, Yardımlı, Kişçayda 10, Quba, Qəbələ, İmişlidə 9, Altıağac, Xaçmaz, İsmayıllı, Tərtərdə 8, Ağsu, Zərdabda 7, Biləsuvar, Sarıbaş, Şəki, Biləsuvar, Yevlax, Kürdəmir, Sabirabadda 6, Mingəçevir, Bərdədə 5, Şamaxı, Mərəzə, Qrız, Zaqatala, Göygöldə 4, Cəfərxan, Salyan, Daşkəsəndə 3, Xınalıq, Qazıməmməd, Gəncə, Ceyrançöl, Ağstafada 2, Sumqayıtda 15 (aylıq normanın 54%-i), Bakıda 6 (aylıq normanın 21%-i), Binə, Maştağada 5, Zabratda 2 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Altıağacda 22, Lerik, Sarıbaşda 20, Kişçayda 18, Qrız, Qusarda 16, Xınalıqda 9, Qubada 7, Mərəzədə 5, Xaltanda 4, Qəbələdə 3, Oğuzda 2, Zaqatala, Daşkəsəndə 1 sm-ə çatıb.

Havanın minimal temperaturu dağlıq rayonlarda 3-8°, yüksək dağlıq ərazilərdə 14-18° şaxta təşkil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın ərazilərində yağıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ