Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Başdanxarab adamlardır da, hər sözdə nəsə axtarırlar''

''Başdanxarab adamlardır da, hər sözdə nəsə axtarırlar''

Tarix: 30 May 2024 21:25

Xalq artisti Niyaməddin Musayev Əməkdar artist Elza Seyidcahanı müğənni Elnarə Xəlilova ilə dəyişik salmasına münasibət bildirib.

Milli.Az bildirir ki, o, "Qaynarinfo"ya açıqlamasında hər kəsin çaşaraq nəyisə unuda biləcəyini qeyd edib:

"Elza Seyidcahan gözəl müğənni və bəstəkardır. Onunla eyni layihələrdə olmuşam. Elza xanım yaxşı təşkilatçıdır. Bu, hər bir adamda olan şeydir, təsadüfdür. Elnarə xanımın adı yadımdan çıxdı. Kim nə yazır-yazsın. Başdanxarab adamlardır da, hər sözdə nəsə axtarırlar. Düşünürəm ki, hər kəs çaşa bilər".

Qeyd edək ki, verilişlərin birində qonaq olan Xalq artisti Niyaməddin Musayev efirdə müğənni Elnarə Xəlilovanın adını unudub və ona Elza Seyidcahan deyə müraciət edib.

Milli.Az


Etiketlər:  Başdanxarab adamlardır hər sözdə nəsə axtarırlar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR