Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sip çayında qayığın batıb - 7 nəfər öldü

Sip çayında qayığın batıb - 7 nəfər öldü

Tarix: 2 Iyun 2024 10:10

Hindistanın mərkəzində Madhya-Pradeş ştatının Şeopur rayonunda Sip çayında qayığın çevrilməsi nəticəsində beşi uşaq olmaqla yeddi nəfər həlak olub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ştatın rayon polis şöbəsindən məlumat verilib.

"Ölən yeddi nəfər arasında 4-15 yaş arası beş uşaq, 35 yaşlı kişi və 30 yaşlı qadın var. Ölənlər yerli sakinlər və Mali bağçılıq icmasının üzvləridir", - idarədən bildirib.

Məlumata görə, qayıqda cəmi 11 nəfər olub, 4 nəfər xilas edilib.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.


Etiketlər:  çayında qayığın batıb nəfər öldü


RƏYLƏR