Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən nazik çərçivəsi növbəti “iPhone”da olacaq

Dünyanın ən nazik çərçivəsi növbəti “iPhone”da olacaq

Tarix: 5 Iyun 2024 19:32

"Apple"dan bu payızda çıxacaq gələcək "iPhone 16 Pro" tarixin ən incə çərçivələrinə sahib olacaq. 

Milli.Az lent.az-a istinadən bildirir ki, insayderlərdən biri hətta dəqiq ölçüləri təqdim edib.

"iPhone 16 Pro"1,2 mm çərçivəyə, "iPhone 16 Pro Max" isə 1,15 mm daha nazik çərçivəyə sahib olacaq. "iPhone 15 Pro"nun çərçivələri 1,71 mm-dir. Buna görə fərq böyük olmasa da, cihazları yan-yana müqayisə etsəniz nəzərə çarpacaq.

Beləliklə, yeni "iPhone"lar bir çox istehsalçıların və tamamilə çərçivəsiz smartfon alıcılarının çoxdankı arzusuna əvvəllər məlum olan istənilən smartfondan daha yaxın olacaq. 

"iPhone 16 Pro"da "iPhone 15 Pro Max"ın 5x tetraprizma telefoto obyektivinə sahib olacağı və "iPhone 16 Pro Max"da isə yeni 48MP ultra geniş lens və daha böyük batareya ilə təchiz olunacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Dünyanın nazik çərçivəsi növbəti iPhoneda olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ