Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN: Azərbaycan beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcək

XİN: Azərbaycan beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcək

Tarix: 8 Iyun 2024 12:51

Azərbaycan Respublikası 148 ölkənin səs çoxluğu ilə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025-2027-ci illər üzrə üzvlüyünə seçilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sonxeber.net-a bildirilib ki, ECOSOC üzvlüyünə seçkilər BMT Təhlükəsizlik Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur. Azərbaycan Respublikası indiyədək iki dəfə - 2003-2005-ci illər və 2017-2019-cu illərdə ECOSOC-un üzvü olub. Əlli dörd üzvü olan ECOSOC BMT-nin əsas orqanlarından biri olub, BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi, sosial sahələrdə işini əlaqələndirir.

Qeyd olunub ki, BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər quruma Azərbaycanın belə yüksək səslə üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun və sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin göstəricisidir.

Vurğulanıb ki, Azərbaycan Şuraya üzvlüyü dövründə hər zaman olduğu kimi, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcək.


Etiketlər:  XİN Azərbaycan beynəlxalq sülh inkişafa töhfəsini verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ