Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bank bu bankın vəzifəli şəxsini cərimələdi

Mərkəzi Bank bu bankın vəzifəli şəxsini cərimələdi

Tarix: 11 Iyun 2024 09:56

"Premium Bank"ın vəzifəli şəxsi Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Mərkəzi Bank "Premium Bank" ASC-nin vəzifəli şəxsinin qaydaları pozduğunu aşkarlayıb.

Belə ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində "Banklar haqqında" Qanunun 40.1-ci maddəsinin, habelə "Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası"nın 3.3.2-ci bəndinin tələblərinin pozulmasını aşkarlayıb.

Bu isə o deməkdir k, bank bir fiziki şəxsə kapitalının 3%-i həcmində kredit verib. İnzibati Xətalar Məcəlləsinin 438.1-ci maddəsinə müvafiq olaraq, "Premium Bank"ın vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib.


Etiketlər:  Mərkəzi Bank bankın vəzifəli şəxsini cərimələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ