Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2024 15:05
Müğənni Vəfa Şərifova növbəti açıqlaması ilə gündəmə gəlib.
Sonxeber.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, "Rəngarəng səhər" verilişində qonaq olan ifaçı övladlarının doğum tarixlərini bilmədiyini etiraf edib.
O, səylərinə rəğmən tarixləri yadında saxlamağı bacarmadığını bildirib:
"Mən övladlarımın doğum tarixlərini bilmirəm. Heç cür yadımda saxlaya bilmirəm. Çox qəribə şeydir. Heç birinin də doğum tarixi yadımda qalmır".
Qeyd edək ki, Vəfa Şərifovanın bir qızı və bir oğlu var.