Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AI xüsusiyyətləri ilə 2024-cü ilin ən yaxşı telefonları

AI xüsusiyyətləri ilə 2024-cü ilin ən yaxşı telefonları

Tarix: 13 Iyun 2024 06:44

2024-cü ildə süni intellektlə işləyən telefonlar populyarlıq qazanmağa başlayıb. Təbii ki, bu sahədə hansı cihazların uğur qazandığını tapmaq çox vaxt çətinləşir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Gadget Bridge" portalı süni intellekt funksiyalarına malik ən yaxşı smartfonların reytinqini tərtib edib. Həmin siyahını təqdim edirik: 

"Samsung Galaxy S 24"

"Samsung Galaxy S24" seriyası geniş süni intellekt xüsusiyyətləri sayəsində siyahıya başçılıq edir:

Söhbətlərin real vaxtda tərcüməsi;

Səs qeydlərinin xülasəsini yaratmaq;

Foto və videoların redaktəsi.

Ödənişsiz "Galaxy AI" seçimləri 2025-ci ilin sonuna qədər mövcud olacaq. Bundan sonra "Samsung" AI xidmətləri üçün abunə modelini təqdim etməyi planlaşdırır.

"Google Pixel 8"

"Google Pixel 8" telefon xətti aşağıdakı xüsusiyyətlər sayəsində siyahıya girməyi bacarıb:

Audionu real vaxtda mətnə tərcümə etmək.

"Galaxy S24" seriyasında debüt edən "Circle to Search" indi "Pixel 8" smartfonlarında mövcuddur.

"Xiaomi 14 Ultra"

"Xiaomi 14 Ultra", süni intellektdən istifadə edərək vizual məzmun yaratmağa və redaktə etməyə imkan verən daxili görüntü generatoru ilə seçilib.

"OnePlus 12"

"OnePlus 12"də şəkillərin keyfiyyətini yaxşılaşdırmaq və müxtəlif effektlər əlavə etmək prosesini asanlaşdıran süni intellektlə foto redaktə variantı var.

"Vivo X Fold 3 Pro"

Vivo X Fold3 Pro" "Google Gemini" AI ilə inteqrasiya olunub və mətn qeydlərini ümumiləşdirən və onları nöqtə kimi təqdim edən "AI Note Assist"ə malikdir.

Milli.Az


Etiketlər:  AI xüsusiyyətləri ilə 2024 ilin ən yaxşı telefonları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ