Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2019 10:51
Bakı. Samir Əli - Trend:
Baş Nazir Əli Əsədov Bakının Bibiheybət qəsəbəsində baş verən sürüşmə ərazisinə gəlib.
Trend-in məlumatına görə, Ə.Əsədov hadisə yerinə baxış keçirir.
Qeyd edək ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və digər qurumların rəhbərləri də hadisə yerindədirlər.
Xatırladaq ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində torpaq sürüşməsi baş verib.
Hadisə nəticəsində əraziyə gedən yol bağlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin