Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2024 23:14
Ukrayna Moskvaya sülh planını təqdim etmək üçün fürsət axtarır, lakin müstəqillik, suverenlik və ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Rusiya lideri Putinin sülh danışıqları ilə bağlı təklifi haqda danışarkən deyib.
Yermakın sözlərinə görə, Kiyev Ukrayna üzrə ikinci sammitdə öz sülh planını təqdim edə bilər.
Qeyd edək ki, Putin Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindən ordusunu geri çəkəcəyi, atəşi dayandıracağı və NATO-ya daxil olmamaq öhdəliyi götürəcəyi halda Ukrayna ilə danışıqlar masasına oturmağa razı olduğunu bildirib.