Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2024 08:12
Rusiya bu gün və ya hər an müharibəni bitirə bilər. Lakin Rusiya bundan imtina etdi.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
Şolts qeyd edib ki, Rusiya indiyədək BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan kollektiv sülh çağırışından imtina edib:
"Ciddi danışıqlar, ədalətli və davamlı sülhə aparan yol xəritəsi olmadan dərhal atəşkəs Rusiyanın Ukrayna torpaqlarını ələ keçirməsini sadəcə olaraq qanuniləşdirəcək və yeni "dondurulmuş münaqişə"yə gətirib çıxaracaq".