Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2024 09:18
"Fənərbağça" portuqaliyalı futbolçu Joao Feliksi transfer edə bilər.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb.
Komandanın yeni baş məşqçisi Joze Mourinyo həmyerlisini heyətə cəlb olunmasını arzulayır. "Atletiko"ya məxsus Feliks son mövsümü icarə əsasında "Barselona"da keçirib. "Fənərbağça" onun icarə olunması variantını nəzərdən keçirir.
Qeyd edək ki, 24 yaşlı hücumçu 2023/2024 mövsümündə 44 oyunda 10 qol və 6 ötürmə ilə yadda qalıb.