Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2024 12:16
"Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya 50 milyard dollarlıq kreditin verilməsində heç bir hüquqi ziddiyyət yoxdur".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-nin maliyyə naziri Canet Yellen çıxış edib.
ABŞ-nin maliyyə naziri eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın dövlət aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın xeyrinə istifadəsinin oğurluq olduğu iddiasını da rədd edib.
"Heç bir halda oğurluqdan söhbət gedə bilməz. Rusiya aktivləri bu qurumda qalır. Onlar hərəkətsizdir. Rusiya sərmayələrinin müddəti artıq başa çatıb. Rusiyanın pulu nağd formadadır, lakin orada hesablanan gəlirə hüququ yoxdur", - C.Yellen bildirib.