Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2024 07:02
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ayrılan vəsait ayın sonuna qədər kifayət edir, əlavə maliyyələşdirmə məsələsi açıqdır.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə UNRWA-nın baş komissarı Filippo Lazzarini bildirib.
"Agentliyin iyula qədər vəsaiti var, bundan sonra nə olacağı məlum deyil. Maliyyələşdirmə aylıq aparılır", - Lazzarini deyib.
Agentlik rəhbəri qeyd edib ki, Qəzza zolağının cənubundakı Rəfahda döyüşlər davam edir, İordan çayının qərb sahilində isə "sakit" müharibə gedir və bu, daha da eskalasiyanı təhdid edir. Onun sözlərinə görə, anklavda İsrailin əməliyyatı olmasaydı, buna daha çox diqqət yetiriləcəkdi.