Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalı futbolçular baş məşqçini paltardəyişmə otağından qovdular

Ukraynalı futbolçular baş məşqçini paltardəyişmə otağından qovdular

Tarix: 18 Iyun 2024 14:00

Avropa çempionatının ilk oyununda Ukrayna yığması Rumıniyaya 0:3 hesabı ilə məğlub olub.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, görüş başa çatdıqdan sonra ukraynalı futbolçular baş məşqçi Sergey Rebrovun paltardəyişmə otağını tərk etməsini tələb ediblər.

Oyunçular mentorun iştirakı olmadan söhbət etmək qərarına gəliblər.

AVRO-2024-ün qrup mərhələsinin ikinci turunda Ukrayna millisi Slovakiya yığması ilə qarşılaşacaq. Bu mərhələnin son oyununda Rebrovun komandası Belçika ilə üz-üzə gələcək.

Qeyd edək ki, iyunun 14-ü start götürən Avropa çempionatı iyulun 14-dək Almaniyada keçiriləcək.


Etiketlər:  Ukraynalı futbolçular baş məşqçini paltardəyişmə otağından qovdular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ