Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskvada güclü qasırğa - 2 nəfər öldü - YENİLƏNİB - VİDEO - FOTO

Moskvada güclü qasırğa - 2 nəfər öldü - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 21 Iyun 2024 10:40

10:37

Moskvada qasırğa səbəbindən 2 nəfər həlak olub, daha 35 nəfər isə xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "RİA Novosti" yayıb. 

Xəsarət alanlardan altısının uşaq olduğu bildirilir. 

Qeyd edək ki, iyunun 20-də Moskvada güclü külək və leysan qeydə alınıb. Külək metal və reklam löhvələrini, evlərin damını, velosiped və zibil qutularını uçurub, ağacları və maşınları aşırıb. Daha əvvəl yayılan məlumatda 18 nəfərin xəstəxanaya yerləşdirildiyi deyilirdi.

--------
17:48


Rusiya paytaxtında güclü qasırğa nəticəsində iki nəfər həyatını itirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu günorta saatlarında paytaxtın şimal hissəsində bir nəfər kişi külək və leysan yağış zamanı aşan ağacın altında qalaraq ölüb.

Digər bədbəxt hadisə isə Moskvanın mərkəzində baş verib. Belə ki, daha bir paytaxtı sakini güclü qasırğa nəticəsində uçan inşaat taxtasının altında qalaraq həyanı itirib.

Qeyd edək ki, bu gün Moskva və ətraf ərazilərdə güclü külək və leysan yağışla müşaiyət olunan qasırğa baş verib. Moskva hakimiyyəti sakinlərə müraciət edərək küçələrə çıxmamağı tövsiyyə edib.

Sinoptiklərin bildirdiyinə görə, paytaxtda tufan, yağış və 23 m/s-dək güclənən külək saat 22:00-dək davam edəcək.

----------
15:56


Moskvada qasırğa başlayıb.

Milli.Az xəbər verir ki, güclü külək və yağışla müşaiyət olunan qasırğa səbəbindən şəhər rəhbərliyi sakinlərə müraciət edib.

Müraciətdə sakinlərdən küçələrə çıxmamaqları tövsiyyə olunub.

Sinoptiklərin bildirdiyinə görə, paytaxtda tufan, yağış və 23 m/s-dək güclənən külək saat 22:00-dək davam edəcək.

Milli.Az


Etiketlər:  Moskvada güclü qasırğa 2 nəfər öldü YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ