Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yığmamız 18-ci pillədə

Yığmamız 18-ci pillədə

Tarix: 27 Iyun 2024 12:48

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Puatye mərhələsi başa çatıb.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, yarış çərçivəsindəki 8-ci turnirdən sonra ümumi turnir cədvəlində dəyişikliklər olub.

İki mərhələdə iştirak edən Azərbaycan millisi 95 xalla 18-cidir. Qatıldığı yeganə turnirdə 35 xal yığan "Baku Flames" isə 36-cı pillədə qərarlaşıb.

37 komandanın yer aldığı siyahıya Fransa başçılıq edir - 350 xal. İlk "üçlük"də qərarlaşan Niderland 250, Kanada 240 xala malikdir.

Qeyd edək ki, Puatyedə İspaniya 1-ci, Almaniya 2-ci, Ukrayna 3-cü olub.


Etiketlər:  Yığmamız pillədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ