Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2024 13:09
İyulun 1-də Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin imzalanması gözlənilir.
Sonxeber.net Ermənistan KİV-ə istinadən bildirir ki, sənəddə delimitasiyanın hansı prinsiplər əsasında və haradan başlayacağı göstəriləcək.
Eyni zamanda, qeyd olunur ki, Azərbaycan Naxçıvan tərəfdən sərhədin delimitasiyasını həyata keçirmək istəyir.