Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İstəyərəm ki, burada şortla gəzim''

''İstəyərəm ki, burada şortla gəzim''

Tarix: 27 Iyun 2024 09:45

"Ucuz şeylərlə reytinq tutmaq lazım deyil. Deyəndə ki, bu, belədir, cavab verir ki, reytinq budur. Reytinq nədir? Tamaşaçıların zövqünü tamam korlayıblar. Ciddi şeyə baxa bilmirlər. Əxlaq olmayan yerdə özbaşınalıq olur. Cəmiyyətdə hərə öz yerini bilməlidir. Mən daxilimdə azərbaycanlıyam, fransız ola bilmirəm, heç istəmirəm də. Allah məsləhət bilsəydi, elə fransız yaradardı. Mən niyə ondan pis şeyləri oğurlamalıyam. Kişi kişi ilə, qız qızla evlənir. Bu, dünyanın sonuna işarələrdir. O verilişi hazırlayan, filmi çəkən bununla nə demək istəyir?"

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Şöhrət, Şərəf və İstiqlal ordenli, Xalq artisti Rasim Balayev qonaq olduğu "Otaq 9" verilişində deyib.

75 yaşlı aktyor efirlərdə yayımlanan verilişləri sərt şəkildə tənqid edib:

"Məhkəmədə olan şeyi gətirib televiziyaya çıxarırlar. Bir yekəbaş arvadı ilə birləşib anasını evdən qovub. Bizim də dinimiz deyir ki, cənnət anaların ayaqları altındadır. Yaxşı, sən bunu televiziyada niyə göstərirsən? Ola bilsin ki, bu tipik hadisə haradasa bir yerdə baş verib. Məhkəməlik olan şeyi gətirib efirdə verirsən. Uşaq, cavan da baxır. Mən yaşda birinə təsir etməz, tam əksi ikrah hissi oyadar. Belə şeydən iyrənirəm. Amma uşaqlar baxır. Ona evdə tərbiyə verirsən ki, böyüyə, kiçiyə hörmət et. Amma sonra baxır ki, sən demə, ananı evdən qovmaq olur. Bununla nə demək istəyirsiniz? Bu nə geyimlərdir, efirə çıxırsınız? Hava istidir, mən də istəyərəm ki, burada şortla gəzim. Bizim milli mentalitetimizə uyğun gəlmir. Demirəm, biz qalaq keçmişdə, o qaranlıqda. Yox, zamanla ayaqlaşmalıyıq, amma yaxşı şeylərlə. Təəssüf ki, ucuz yolla gedib, reytinq qazanmaq istəyənlər var. Bu reytinqin də nəticəsi tamaşaçı zövqünü korlamaqdır və insanlar yavaş-yavaş vəhşiləşirlər. Bu sözümə görə məni qınamışdılar.

Amma təəssüf ki, bu gün kütlə var. Bu kütləni də yetişdirib çoxaldan verilişlərimiz, televiziyadır. Əvvəl savadlı, ağıllı adamlar efirə çıxardı. Bu gün televiziya olub, rusların bir sözü var "проходной двор" (karvansaray - red.). Kim gəlir, efirə çıxarırlar. Televiziyaya nümunəvi adamlar çıxarılmalıdır. Televiziyanın son 30 ildə pozduğu əxlaqı heç kəs edə bilməzdi".


Etiketlər:  İstəyərəm burada şortla gəzim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ