Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sabah”ın kapitanı - ''Açığı, rəqiblər barədə məlumatım azdır...''

“Sabah”ın kapitanı - ''Açığı, rəqiblər barədə məlumatım azdır...''

Tarix: 27 Iyun 2024 10:30

"Basketbolda mümkünsüz heç nə yoxdur".

Sonxeber.net xəbər verir ki, bunu İdman.Biz-ə "Sabah"ın basketbolçusu Endər Poladxanlı deyib.

Komandasının 26 yaşlı kapitanı Çempionlar Liqasında təsnifat mərhələsinin püşkünü dəyərləndirib. O bildirib ki, məqsədləri yalnız qələbə qazanmaqdır: "Açığı, rəqiblər barədə məlumatım azdır. Hazırlıqlar başladıqda məşqçilər korpusu təhlil edib, lazımı bilgiləri verəcək. Amma mənə elə gəlir ki, püşkü uğurlu adlandırmaq olar. Çünki orda daha güclü rəqiblər var idi. İsveçrə təmsilçisi "Friburq Olimpik"in güclü rəqib olduğunu bilirəm. Amma buna baxmayaraq, Çempionlar Liqasının müntəzəm mövsümünə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Sabah" təsnifat mərhələsinin birinci raundunda İsveçin "Norrçepinq Dolfins" klubu ilə üz-üzə gələcək. Bu raundun qalibi "Friburq Olimpik"lə (İsveçrə) qarşılaşacaq. Təsnifat mərhələləri sentyabrın 15-22-də təşkil olunacaq.


Etiketlər:  Sabahın kapitanı Açığı rəqiblər barədə məlumatım azdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ