Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2024 18:22
Ukrayna Dövlət Təhlükəsizlik Departamentinə rəis təyin edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, Aleksey Volodimiroviç Morozov Dövlət Təhlükəsizlik Departamentinin rəisi təyin edilib.
Qeyd edək ki, açıq mənbələrdə Morozov haqqında məlumat yoxdur.
Xatırladaq ki, V. Zelenski cari ilin mayın 9-da Sergey Rudini Ukrayna Dövlət Təhlükəsizlik Departamentinin rəisi vəzifəsindən azad edib. O, 2019-cu ilin oktyabr ayından bu vəzifədə çalışırdı.