Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2024 19:26
Rusiya Prezidenti Vladimir Putinin Pxenyanla müdafiə paktı imzaladıqdan sonra silah tədarükü ilə bağlı verdiyi açıqlamalar Vaşinqtonu ciddi dərəcədə narahat edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
"Putin bu həftə Şimali Koreyaya səfərində Qərbin Ukraynanı silahlandırmasına "güzgü kimi cavab" verəcəyini bəyan etdi.
Bu, əlbəttə ki, Koreya yarımadasında sabitliyi pozar və potensial olaraq təmin etdikləri silahların növündən asılı olaraq, Rusiyanın özünün də dəstəklədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini poza bilər.
Belə bir qərarın əldə olunması inanılmaz dərəcədə narahatlıq doğurur" - , Miller mətbuat brifinqində deyib.
Xatırladaq ki, iyunun 18-i Rusiya lideri Pxenyana səfər edib və Şimali Koreya Prezidenti Kim Çen In ilə görüşüb. Bu, Putinin 2000-ci ildən bəri Şimali Koreyaya ilk belə səfəri olub.