Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hollivud aktyoru faciəvi şəkildə həyatını itirdi - FOTO

Hollivud aktyoru faciəvi şəkildə həyatını itirdi - FOTO

Tarix: 24 Iyun 2024 15:26

"Karib dənizinin quldurları"nın dördüncü hissəsində rol alan aktyor Tamayo Perri faciəli şəkildə ölüb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, Havay adasının Oahu adasında köpək balığının hücumuna məruz qalaraq dünyasını dəyişib. 49 yaşlı aktyorun qolu və ayağı olmayan cəsədi Malaekahana çimərliyi yaxınlığında okean sahilində tapılıb.

Tamayo xilasedici işləyib və boş vaxtlarında sörfinqlə məşğul olub. Onun çox qan itirdiyi bildirilib.

Qeyd edək ki, Perri "Karib dənizinin quldurları: Qərib dalğalarda" filmindəki pirat rolu, həmçinin "Mavi dalğa" filmi və "Havay beşliyi.0" serialından tanınır. 2015-ci ildə o, kino karyerasını bitirib və həyatını sörfinqə həsr etmək qərarına gəlib.


Etiketlər:  Hollivud aktyoru faciəvi şəkildə həyatını itirdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ