Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qərbi Azərbaycan İcmasından Volker Türkə ETİRAZ

Qərbi Azərbaycan İcmasından Volker Türkə ETİRAZ

Tarix: 26 Iyun 2024 16:18

"Qərbi Azərbaycan İcması BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün 2023-cü ilin sentyabr ayında baş vermiş hadisələrə dair qərəzli fikirlər səsləndirməsi ilə bağlı təəssüfünü ifadə edir".

Milli.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb.

Bildirilib ki, Qərbi Azərbaycan İcması Volker Türkü insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa, Qərbi azərbaycanlıların Ermənistana, öz dədə-baba yurdlarına qayıdışı məsələsinə diqqət verməyə və bunu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ermənistanla dialoqunun tərkib hissəsinə çevirməyə çağırır.

 

Milli.Az


Etiketlər:  Qərbi Azərbaycan İcmasından Volker Türkə ETİRAZ


RƏYLƏR