Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2019 10:33
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.
Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir.
Birlikdən Trend-ə verilən məlumata görə, 2019-cu il noyabr 1-nə olan məlumata görə 293 yaşayış binası üzrə 17 104 mənzil, oktyabr ayında isə 60 yaşayış binası üzrə 2504 mənzil təbii qazla təmin olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin