Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2019 11:20
PSJ-nin futbolçusu Kilian Mbappe "Qızıl top" mükafatını qazanmaq şansları haqda danışıb.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, builki mükafata layiq olmadığını deyib: "Qızıl top"u bu il qazanmaq? Realist olmaq lazımdır. "Qızıl top"a layiq deyiləm. Məndən daha yaxşı işlər görən oyunçular oldu. PSJ ilə Fransa kubokunu, Çempionlar Liqasını qazana bilmədik. Buna görə məyus olduq".
20 yaşlı hücumçu bu mükafatı qazanmaq üçün tələsmədiyini söyləyib: "Bir çox şəxsi mükafatım var, amma futbol tək oynanılmır. Bunu qəbul etmək lazımdır. "Qızıl top"u qazanmaq üçün vaxtım var. Buna görə tələsmirəm".