Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mən qayıtdım'' - Ronaldo

''Mən qayıtdım'' - Ronaldo

Tarix: 26 Noyabr 2019 12:28

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo zədəsini sağaldaraq komanda ilə ümumi məşqlərə qayıdıb.

Qol.az xəbər verir ki, bu barədə portuqaliyalı hücumçu özünün "Tvitter" hesabında yazıb. O, məşqdən paylaşdığı şəkillərə "Mən qayıtdım" sözlərini yazıb.

Turin klubunun baş məşqçisi Maurisio Sarri bildirib ki, 34 yaşlı hücumçunun Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün keçiriləcək "Atletiko"ya qarşı matçda oynayıb-oynamayacağı hələlik müəyyənləşməyib. Buna görüşün başlamasına bir neçə saat qalmış qərar veriləcək.

Qeyd edək ki, Ronaldo zədə səbəbindən A seriyasında ötən həftə keçirilən "Atalanta" ilə görüşü buraxmışdı.

 


Etiketlər:  Mən qayıtdım Ronaldo


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ