Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afra illər sonra atasını bağışladı - FOTO

Afra illər sonra atasını bağışladı - FOTO

Tarix: 2 Iyul 2024 10:35

Türkiyəli aktrisa Afra Saraçoğlu illər sonra atası ilə görüşüb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa onu və anasını tərk edən atası Uğur Saraçoğlunu bağışlayıb.

O, valideynini görmək üçün ABŞ-yə gedib və birgə çəkilmiş fotolarını paylaşıb.

Qeyd edək ki, Afra Saraçoğlu 6 il əvvəl verdiyi müsahibəsində atası ilə son olaraq 13 yaşında görüşdüyünü demişdi. 

"Anamla atam mən çox gənc olanda ayrıldılar. Atamla iki dəfə, 9 və 13 yaşlarımda görüşmüşəm. Artıq onunla görüşmərəm, çünki onun üzərimdə heç bir əməyi yoxdur", - deyə bildirmişdi.

Xatırladaq ki, Afra hazırda həmkarı Mert Ramazan Demirlə sevgilidir. Onlar "Yalı Çapkını" serialında baş rolları canlandırırlar.


Etiketlər:  Afra illər sonra atasını bağışladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ