Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2024 15:42
Azərbaycan və İordaniya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Sənədə əsasən, 2024-cü il aprelin 14-də Əmman şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.