Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paris polisi Milli Assambleya yaxınlığında mitinqi qadağan etdi

Paris polisi Milli Assambleya yaxınlığında mitinqi qadağan etdi

Tarix: 5 Iyul 2024 08:16

Fransa polisi ölkədə növbədənkənar parlament seçkilərinin ikinci turu zamanı Milli Assambleya (parlamentin aşağı palatası) qarşısında iyulun 7-nə planlaşdırılan mitinqi qadağan edib.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Məlumata görə, antifaşist təşkilatlar "səsvermənin nəticəsindən asılı olmayaraq" yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) nümayişə çağırıblar.

Bundan əvvəl Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanin "France 2" telekanalında iyulun 7-də təhlükəsizliyin təmin edilməsinə 30 minə yaxın polisin cəlb olunacağını bildirmişdi.


Etiketlər:  Paris polisi Milli Assambleya yaxınlığında mitinqi qadağan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ