Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırılıb

Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırılıb

Tarix: 26 Noyabr 2019 18:20

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəfəq küçəsi 8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nağıyev Semur Həsən oğluna məxsus “Balu” şirniyyat sexində 21.11.2019-cu il tarixində aparılmış yoxlama zamanı qida məhsullarının istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən norma, qayda və tələblərə əməl olunmadan şirniyyat məmulatları istehsal edildiyi üçün istehsalın dayandırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda istehsal olunan məhsulların satışının qadağan olunması və satılan məhsulların ticarət şəbəkəsindən geri çağrılması ilə əlaqədar “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qəbul olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ