Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda prezident seçkisinin nəticəsi təsdiqləndi

İranda prezident seçkisinin nəticəsi təsdiqləndi

Tarix: 7 Iyul 2024 20:02

İran İslam Respublikası Konstitusiyasının Keşikçilər Şurası prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, şura nümayəndəsi Hadi Tahan Nazif bildirib ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin yoxlanılması başa çatıb.

"Nəticələr təsdiqləndi", - deyə o bildirib.

İkinci turda iştirak edənlərdən heç biri şikayət etməyib.

Seçkilərin nəticələri təsdiq olunmaq üçün İran İslam Respublikasının rəhbəri Ayətullah Əli Xameneiyə təqdim olunacaq.

Xatırladaq ki, iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda Azərbaycan türkü, islahatçı Məsud Pezeşkian rəqibi Səid Cəliliyə qalib gələrək, prezident seçilib.

Milli.Az


Etiketlər:  İranda prezident seçkisinin nəticəsi təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ