Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

O, ''Qızıl top''a layiqdir? - qəfil bəyanat

O, ''Qızıl top''a layiqdir? - qəfil bəyanat

Tarix: 8 Iyul 2024 09:24

İspaniya millisinin və "Atletik Bilbao"nun cinah hücumçusu Niko Uilyams hansı İspaniya oyunçusunun "Qızıl top" mükafatına layiq olduğunu açıqladı.

Milli.Az "Madrid Xtra"-ya itsinadən bildirir ki, Uilyams "Karvaxal!" deyib.

Xatırladaq ki, Dani Karvaxal İspaniya millisində 48 oyun keçirib. Bu, ispan futbolçunun karyerasında ilk Avropa çempionatıdır. "Real"ın müdafiəçisi turnirdə 4 oyun keçirib və 1 qol vurub. 9 iyul, çərşənbə axşamı İspaniya millisi Avro-2024-ün yarımfinalında Fransa ilə qarşılaşacaq. Karvaxal diskvalifikasiya səbəbindən oyunu buraxacaq.

İspaniya millisinin mərkəz müdafiəçisi Robin Le Norman və "Furia Roja"nın hücumçusu Alvaro Morata da yarımfinal oyununu buraxacaqlar.

Matçın 29-cu dəqiqəsində Le Normand, Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğanı mərkəz dairədə yıxdığı üçün sarı vərəqə alıb. Almaniya ilə görüşün sonunda Karvaxal, hücum yarımmüdafiəçisi Camal Musialaya qarşı kobudluğa görə ikinci sarı vərəqəni alıb. Morata isə oyunun 120-ci dəqiqəsində meydanda olmadığı halda həddindən artıq emosiyalarına görə xəbərdarlıq alıb.

Milli.Az


Etiketlər:  Qızıl topa layiqdir qəfil bəyanat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ