Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kadi “Qarabağ”a gəlmədi

Kadi “Qarabağ”a gəlmədi

Tarix: 8 Iyul 2024 18:06

"Qarabağ"a qayıdacağı ilə gündəmə gələn braziliyalı yarımmüdafiəçi Kadi Borgesin yeni klubu bəlli olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiyanın "Krasnodar" klubunda çıxış edən təcrübəli futbolçu Macarıstan təmsilçisi "Ferentsvaroş"a transfer olub.

Bu barədə Krasnodar klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Kadinin yenidən "Qarabağ"a qayıdacağı gündəmdə idi. Hətta futbolçu ilə Ağdam təmsilçisi arasında razılıq olduğu bildirilirdi. Amma Rusiya təmsilçisi daha çox pul ödəyən Macarıstan klubuna transfer olunub.

Milli.Az


Etiketlər:  Kadi Qarabağa gəlmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ