Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənninin konserti zəlzələyə səbəb oldu

Müğənninin konserti zəlzələyə səbəb oldu

Tarix: 10 Iyul 2024 20:14

İsveçrənin Sürix şəhərində amerikalı müğənni Teylor Sviftin konserti seysmik aktivliyə səbəb olub.

Sonxeber.net unikal-a istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti məlumat yayıb.

Seysmoloqların məlumatına görə, iyulun 9-da Teylor Sviftin Sürixdə konserti zamanı seysmik titrəyişlər qeydə alınıb.

"Konsert tamaşaçılarının yaratdığı titrəyişlər Letziqrund stadionunun ətrafında altı kilometrə qədər məsafədə yerləşən səkkiz seysmik şəbəkə stansiyasında görünür", - xidmətin saytındakı məlumatda deyilir.

Qeyd edilib ki, konsert zamanı stadionda 50 min insan olub.

İyun ayında amerikalı müğənninin konsertləri Şotlandiyanın Edinburq şəhərində də kiçik zəlzələlərə səbəb olmuşdu. 


Etiketlər:  Müğənninin konserti zəlzələyə səbəb oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ