Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2024 23:20
NATO müttəfiqləri Ukraynaya vəd edilən yardımın yalnız yarısını veriblər.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Rumıniya Prezidenti Klaus Yohannis çıxış edib.
"Hamımızın Ukraynaya göstərdiyi yardıma gəlincə, məncə, realist olmaq vaxtıdır, biz vəd etdiyimizin təxminən yarısını təmin etmişik. Ukraynanın qalib gəlməsini istəyiriksə, daha çox kömək etməliyik", - Yohannis bildirib.
O qeyd edib ki, NATO-nun Vaşinqtonda keçirilən sammitinin bəyanatında alyansın şərq cinahı boyunca hava hücumundan müdafiəni gücləndirmək niyyəti yer alacaq.