Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan elan etdi: Görün, Bakıya kim casusluq edirmiş!

Ermənistan elan etdi: Görün, Bakıya kim casusluq edirmiş!

Tarix: 11 Iyul 2024 22:54

Ermənistan İstintaq Komitəsi Azərbaycana casusluqda ittiham edilən şəxslə bağlı məlumat yayıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, yayılan məlumatda Xankəndi şəhər sakini Sərkis Qalstyanın Bakıya olduqca mühüm məlumatlar çatdırdığı iddia edilib.

Bildirilib ki, Sərkis Qalstyan sıradan adam deyil, 2018-2023-cü illərdə Qarabağdakı keçmiş separatçı-terrorçu rejimdə "müxtəlif vəzifələr" tutub, xüsusən Şuşa "icra başçısının müavini", "hərbi vətənpərvərlik, gənclər, idman və turizm nazirliyinin aparat rəhbəri", "təhsil, elm, mədəniyyət və idman nazirliyinin aparat rəhbərinin müavini", sonra "qondarma "dqr"in qondarma "prezidenti"nin "aparat rəhbərinin müavini" olub. O, hərbi vəziyyətdən və əhalinin sosial-psixoloji durumundan xəbərdar olan şəxs imiş. Beləliklə, 2020-ci ilin noyabrında casusluğa razılaşaraq, xarici dövlətin xüsusi kəşfiyyat xidmətinin əməkdaşı tərəfindən ələ alınıb və ona "Sərxan" kod adı verilib.

Daha sonra Sərkis 2020-2023-cü illər ərzində Azərbaycan xüsusi xidmət orqanı əməkdaşına Ermənistan Respublikasının xarici təhlükəsizliyi, Qarabağdakı əhali, onların əhval-ruhiyyəsi, Ermənistan və Qarabağdakı separatçıların siyasi mövqeləri ilə, 2023-cü il sentyabr hadisələri zamanı Ermənistan tərəfindən mümkün hərbi dəstək, əhalinin ehtiyaclarını ödəmək üçün zəruri olan ərzaq və digər maddi resursların mövcudluğu, silahlanma, mümkün hərbi müqavimət və oxşar xarakterli digər məlumatları Azərbaycan xüsusi xidmət orqanı əməkdaşına ötürüb.

2023-cü ilin sentyabrında erməni əhalisi Qarabağı tərk etdikdən sonra xarici kəşfiyyat xidmətinin yuxarıda adı çəkilən əməkdaşından Xankəndidə vəzifə təklifi alan S.Q. vəzifə tutmaqda maraqlı olmaqla, həyat yoldaşı ilə birlikdə Xankəndidə qalıb.

Sonuncu Ermənistan ərazisinə köçdükdən dərhal sonra həbs edilib. Əldə edilmiş kifayət qədər faktlar əsasında ona Ermənistan Respublikası Cinayət Məcəlləsinin 424-cü maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.


Etiketlər:  Ermənistan elan etdi Görün Bakıya casusluq edirmiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ